AZ

Qətl törədərək psixiatriya xəstəxanasına yerləşdirilən şəxs yenidən məhkəmə qarşısında

Bakıda qətl törətməkdə təqsirləndirilən Ramil Rəhmanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.


Şikayət hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsi R.Rəhmanovun psixoloji problemləri olduğu qənaətinə gələrək əməlini 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib. Ona həbs cəzası təyin olunmayaraq, Respublika 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı hökm çıxarılıb.

 

Qeyd: Hadisə 2021-ci ilin aprelində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, R.Rəhmanov 1994-cü il təvəllüdlü Cavad Allahverdiyevlə mübahisə zəminində onu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. R.Rəhmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 14 Noyabr 2024, 09:08   
Seçilən
41
pravda.az

1Mənbələr