Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur.
Tələblər:
- Ali təhsil;
- İngilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik ixtisaslarında magistr dərəcəsi;
- İngilis dilinin tədrisi üzrə minimum 3 il pedaqoji təcrübə;
- Qüvvədə olan İELTS 7.0 sertifikatı;
- İngilis dilində motivasiya məktubu;
- İngilis dili biliyi yaxud tədrisi ilə bağlı digər sertifikatların olması üstünlükdür;
- İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
- Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
- Tədqiqatçılıq bacarığı;
- Davamlı peşəkar inkişafa maraq.
İşin təsviri:
- Müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;
- Dərs proqramına uyğun nəticələrə nail olmaq üçün müasir tədris metodologiyaları və texnologiyalarından istifadə edilməsi;
- Tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;
- Müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;
- Tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini və İELTS sertifikatlarını [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30.11.2024-cü il saat 18:00