AZ

Tramp - Bayden görüşünün təfərrüatları

ABŞ prezidenti Co Bayden prezident seçkilərində qalib gələn sələfi və varisi Donald Trampa söz verib ki, səlahiyyətlərin ötürülməsi problemsiz keçəcək.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, onların görüşü çərşənbə günü, noyabrın 13-də Vaşinqtondakı Ağ Evdə baş tutub. 81 yaşlı demokrat və 78 yaşlı respublikaçı Oval Kabinetdə yanan kamininin qarşısında əl sıxıblar.

Tramp görüşdən sonra jurnalistlərə açıqlamasında "Siyasət çətin işdir və bir çox hallarda çox gözəl dünya deyil” deyib.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin sözlərinə görə, siyasətçilər arasında söhbət iki saata yaxın davam edib: “Onlar ölkənin və dünyanın qarşısında duran mühüm milli təhlükəsizlik və daxili siyasət məsələlərini müzakirə ediblər”.

Öz növbəsində prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Bayden Trampla söhbətində Rusiya Federasiyasına qarşı müdafiə müharibəsində Ukraynaya gələcək dəstəyin ABŞ-ın milli maraqlarına cavab verdiyini vurğulayıb.

Trampın özü  “The New York Post” (NYP) jurnalistinin sualını cavablandırarkən deyib ki, söhbətin əhəmiyyətli hissəsi Yaxın Şərqdəki hərbi münaqişəyə həsr olunub: "Mən onun (Bayden. - Red.) vəziyyətlə bağlı qiymətləndirməsini və bu barədə nə düşündüyünü bilmək istədim Və o, bunu mənə verdi, o, çox açıq danışdı."

 

Seçilən
32
22
herbiand.az

10Mənbələr