AZ

Tramp vəkilini yaddan çıxartmadı: Görün hansı vəzifəyə gətirir

ABŞ-ın baş prokurorunun müavini postunu Donald Trampın vəkili Todd Blanş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Amerika Ədliyyə Nazirliyində ikinci mühüm vəzifədə olan Liza Monakonu bu postda məhz son il yarım ərzində siyasətçinin maraqlarını təmsil edən hüquq müdafiəçisi əvəz edə bilər.

Kanal xatırladır: “Trump” Təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmələr zamanı keçmiş porno aktrisa Danielsə pul ödəyərkən Trampı müdafiə edən Blanş idi”. Tramp bundan əvvəl ABŞ-ın baş prokuroru vəzifəsinə Respublikaçı konqresmen Mett Qetsanın namizədliyini irəli sürmüşdü.

Seçilən
20
publika.az

1Mənbələr