AZ

"Acıbadem" klinikalar şəbəkəsində prostat vəzi adenoması və xərçənginin müalicəsi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prostat kişi sidik-cinsiyyət sisteminə aid vəz olaraq bir neçə xəstəlikdən təsirlənə bilər. Ən çox rast gəlinən xəstəliklər prostat xərçəngi və prostatın böyüməsidir.
Türkiyənin "Acıbadem" klinikalar şəbəkəsində xəstələr təcrübə, qabaqcıl texnologiyalar, kompleks yanaşma və komanda işini əldə edirlər. Bu üstünlüklər bütün dünyada uroloji xəstəliklərin müalicəsi üçün etibarlı mərkəz axtaranlara yüksəkkeyfiyyətli tibbi yardım göstərməyə imkan yaradır..
Robotik cərrahiyyə ilə prostat xərçəngi probleminin dəqiq həlli
Prostat xərçəngi kişilərdə ən çox diaqnoz qoyulan xərçəng növüdür. Prostat xərçənginin əsas müalicə üsulu radikal prostatektomiya - prostat vəzinin cərrahi yolla çıxarılmasıdır.
Bu əməliyyat açıq, laparoskopik və ya robotik cərrahiyyə kimi müxtəlif üsullarla icra edilə bilər.
Bu yanaşma daha sürətli sağalma prosesi, ağırlaşmaların, infeksiyaların, qan itkisi riskinin azalması kimi əhəmiyyətli üstünlüklər təqdim edir
Robotik cərrahiyyə nədir?
Robotik cərrahiyyə, cərrahlara əməliyyatları robotik "qollar" və qoşulmuş alətlər vasitəsilə icra etməyə imkan verən tibbi texnologiyadır.
Bu yanaşma bir sıra üstünlüklər təqdim edir:
· daha yaxşı görüntü;
· artırılmış çeviklik;
· yüksək dəqiqlik;
· daha yaxşı nəticələr əldə etməsinə şərait.
Robotik prostat cərrahiyyəsi ilə sidik saxlama və impotensiya riskinin azaldılması
Prostat vəzi qasıq nahiyəsində, sidik kisəsi və sidik kanalının (uretra) arasında yerləşir. O, cinsi funksiyalara və sidik nəzarətinə cavabdeh olan damarlar və sinirlərlə əhatələnib. Buna görə də, xərçəngli prostatın çıxarılması zamanı bu funksional toxumalara zərər yetirmə riski mövcuddur.
Bu məqamda robotik cərrahiyyə böyük rol oynayır. Çünki cərrahlara daha dəqiq əməliyyat aparmağa imkan verir. Bir çox tədqiqatlar göstərir ki, prostat xərçənginin robotik dəstəkli cərrahiyyəsi nəticəsində:
· 95% xəstələrin sidik saxlamasına kömək edir;
· 80% xəstələrin cinsi funksiyasını qoruyub saxlayır.
Prostat xərçənginin robot cərrahiyyəsində geniş təcrübəyə malik uroloqlar sayəsində "Acıbadem" Türkiyə klinikalar şəbəkəsi şişin minimal sidik qaçırma və impotensiya riski ilə çıxarılmasını təklif edir.
Prostat böyüməsi üçün müasir müalicə üsulları
Xoşxassəli prostat hiperplaziyası - prostatda ən çox rast gəlinən problemlərdən biridir. Bu, prostat vəzinin xoşxassəli böyüməsidir. Böyümüş prostat sidik yolunu daraldır, sidik ifrazında və sidik kisəsinin tam boşalmamasına səbəb ola bilər. Bu müxtəlif effektiv müalicə üsulları tamamilə müalicə olunan bir vəziyyətdir.
Müasir müalicə üsulları minimal invazivdir və kəsik tələb etmir. Prostat vəzinə çatmaq üçün prosedur zamanı uretradan sistoskop daxil edilir. Əməliyyat üçün müxtəlif cihazlardan istifadə olunur, o cümlədən "HoLEP", "ThuLEP" və "BipoLEP". Bu cihazlar arasındakı əsas fərq istifadə olunan lazer növüdür.
Xoşxassəli prostat böyüməsinin müalicəsində son dövrlərdəki yeniliklərdən biri Rezum prosedurudur. Bu prosedur zamanı, uretradan prostat vəzisinə daxil edilən iynə ilə bir santimetr aralıqda bir neçə nöqtəyə su buxarı tətbiq edilir. Bu, prostatın zamanla kiçilməsinə kömək edir, sidik kanalını açır və sidik axınını yaxşılaşdırır.
"Acıbadem" beynəlxalq xəstə mərkəzi
"Acıbadem" Türkiyə mütəxəssis heyəti, fərdi və əhatəli qayğı sahəsində ixtisaslaşıb və müalicədən öncə, müalicə zamanı və sonrasında sizə dəstək olmağa hazırdır. "Acıbadem" Beynəlxalq Xəstə Mərkəzi sizin səyahətinizin hər mərhələsini ətraflı şəkildə planlayacağına əmin ola bilərsiniz.
"Acıbadem" Bakı nümayəndəliyi : Səməd Vurğun küçəsi, 36, telefon: (+994 12) 595-96-81
"Acıbadem" Gəncə nümayəndəliyi: Məmməd Xəlilov küçəsi, 4-cü mkr, mənzil 15, telefon: (+994 22) 255-07-06
Siz həmçinin internet saytı və ya klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə "Acıbadem" şəbəkəsinin aparıcı həkimlərindən pulsuz ikinci tibbi rəy ala bilərsiniz.
Seçilən
27
50
oxu.az

10Mənbələr