AZ

COP29-da BMT-nin Azərbaycan Pavilyonunda inklüziv iqlim fəaliyyətinə çağırış - FOTO

COP29-da BMT-nin Azərbaycan Pavilyonuna ali ziyarət olundu, Filippo Qrandi və Ketrin Rassell iqlim fəaliyyətində inklüzivliyin əhəmiyyətini vurğuladılar.

QHT.az xəbər verir ki, COP29 konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və UNICEF-in İcraçı Direktoru Ketrin Rassell Mavi Zonada yerləşən BMT-nin Azərbaycan pavilyonunu ziyarət ediblər. Görüş zamanı onlar iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan həssas icmalar, o cümlədən yerdəyişmə ilə üzləşən şəxslər üçün inklüziv və ədalətli iqlim fəaliyyətinin vacibliyini vurğuladılar.

Qeyd edək ki, bu gün “Birgə çatdırırıq: İqlim üzrə Təhlükəsiz Fəaliyyətin Təhlükəsizliyi üçün İnteqrasiya Həllləri” adlı yan tədbir təşkil ediləcək. Tədbirdə iqlim böhranının həllinə yönəlmiş inteqrasiya olunmuş həll yolları və təsirli tərəfdaşlıqlar müzakirə olunacaq.

İqlimə davamlı gələcək üçün birgə həllər yaratmaq imkanlarını öyrənmək üçün tədbirdə iştirak edə bilərsiniz.

 

Pərvanə Fərhadqızı

Seçilən
21
qht.az

1Mənbələr