Boliviya BRİKS-in tərəfdaş ölkəsi olmağa razılaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a Boliviyanın xarici işlər naziri Selinda Sosa Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransı çərçivəsində deyib.
"Bu gün Rusiya xarici işlər nazirindən dəvət aldıq. Bizi BRİKS tərəfdaşı dövlət olaraq dəvət etdilər". Sosa "Bu dəvətə müsbət cavab verdik",- deyə bildirib.
Diplomatın sözlərinə görə, BRİKS ölkə üçün çoxtərəfli əməkdaşlıq mexanizmlərini, o cümlədən qlobal Cənub ölkələri ilə əməkdaşlıq mexanizmlərini gücləndirmək üçün əlverişli alternativdir.
“Keçmişdə bir çox dövlət ciddi şərtlərlə maliyyələşmədən asılı idi. Bu, dəyişikliyə və sərvətə deyil, yoxsulluğa gətirib çıxardı",- deyə o, qeyd edib.
Sosanın fikrincə, "imperializmə həqiqətən müqavimət göstərən ölkə" olan Kubanın BRİKS tərəfdaş ölkələri sırasına qəbul edilməsi BRİKS-də inteqrasiya olunmuş çoxtərəfli baxışın mövcudluğunu ortaya qoyur.