İqlim maliyyəsi sahəsində innovativ həllər özəl sektorun iqlim investisiyalarını asanlaşdırmaq üçün lazımi alətləri təmin edəcək.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, transformativ iqlim fəaliyyəti üçün qlobal iqlim maliyyəsi çərçivəsi keçən il COP28-də təqdim edildi: "Bu çərçivə iqlim maliyyələşdirməsinin effektivliyini artırmaq üçün planlar təqdim edir. Biz bütün ölkələrin qlobal miqyasda "yaşıl sərmayə" axınının dəstəklənməsində iştirakını təmin etməliyik. COP29 bu günə qədər əldə edilmiş nailiyyətləri qiymətləndirmək və bu istiqamətdə yeni üfüqləri araşdırmaq üçün mühüm fürsət təqdim edir".