AZ

Özünü hotelin sahibi kimi təqdim edib illərlə pulsuz yaşadı

ABŞ-nin Nyu-York şəhərində bir kişi hoteldə heç bir ödəniş etmədən 5 il yaşayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Mikki Barreton illər ərzində özünü hotelin sahibi kimi təqdim edib. 

Belə ki,  Barreton  2018-ci ildə "New Yorker" hotelində bir gecə qalmaq üçün 200 dollar ödəyib. Daha sonra kişi özünü hotelin sahibi kimi təqdim etməyə başlayıb. Bu zaman ərzində o, hoteldən yaşayış yeri kimi istifadə edib. 5 ildən sonra Mikki Barretonun əsl kimliyi ortaya çıxıb. Kişi polis tərəfindən saxlanılıb. 

Manhetten dairəsinin prokuroru Alvin Braqqın ifadəsinə görə, 49 yaşlı Barretonun psixi sağlamlığı yaxşı olmadığını və narkotik maddələrdən asılı olduğunu bildirib. Hazırda Mikki həbsdədir. 

Seçilən
9
2
unikal.az

3Mənbələr