Rusiya Silahlı Qüvvələri müharibə zamanı itirdikləri müxtəlif hərbi texnikaları əvəz etmək üçün əsasən təmir edilmiş tanklar və anbardan çıxarılan zirehli texnikalardan istifadə edirlər.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Tədqiqat İnstitutunun (ISW) analitikləri tərəfindən hazırlanan hesabatda bildirilir.
Bildirilir ki, Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin eksperti Viktor Kevlyukun qeyd etdiyi kimi, ruslar ayda təxminən 150-160 yeni tank istehsal edir və ya bərpa edirlər. Qeyd olunur ki, bu, ildə təxminən 1920 tank edir və ruslar müharibədə təxminən eyni sayda tank itirirlər.
Hollandiyanın "Oryx" mərkəzi rus qoşunlarının genişmiqyaslı müharibə zamanı təxminən 3558 tank itirdiyini hesablayıb. Kevlyukun sözlərinə görə, bir il ərzində istehsal olunan bütün rus tanklarının yalnız 30%-i (1344-dən təxminən 567-si) yenidir, qalanları isə anbarlardan çıxarılır. Britaniya kəşfiyyatının son hesablamalarına görə, bu temp davam edərsə, Rusiyanın ehtiyat anbarları 2025-ci ilin payızına qədər tükənəcək.
Eyni zamanda, ukraynalı hərbi müşahidəçi Konstantin Maşovets Rusiyanın müdafiə sənayesinin ildə təxminən 250-300 yeni tank istehsal edə və daha 250-300 tankı təmir edə biləcəyinə diqqət çəkib.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələri 3179 rus tankını məhv edib və ya sıradan çıxarıb.
"The Economist"-ə görə, hazırkı itki nisbətində, anbarda olan Rusiya tankları və piyada maşınları gələn ilin ikinci yarısına qədər "kritik tükənmə nöqtəsinə" çatacaq.
"AzPolitika.info"