AZ

Dünya daha böyük müharibə ilə üz-üzədir - Foto

Dünya

Üçüncü Dünya Müharibəsi başlaya bilər.

Reyting.az
xəbər verir ki, belə bir iddianı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin “Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər”,- sözlərini dəyərləndirən ekspertlərin irəli sürüblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın qlobal müharibə xəbərdarlığından sonra milli müdafiə naziri Yaşar Gülər də III Dünya Müharibəsi riskinə diqqət çəkib.

General dünyanın yaşadığı iki böyük müharibənin kiçik səbəblərdən baş verdiyini xatırladıb: “Deməli, bunun üçün böyük bir hadisə tələb olunmur. Bu, hər an baş verə bilər. Təbii ki, müharibənin olmasını istəmirik. Amma hər zaman Türkiyə Cümhuriyyətinin və Türk millətinin təhlükəsizliyi üçün hər fürsətdən istifadə edəcəyik. Müharibə ehtimalını ən xırda təfərrüatına qədər qiymətləndirir və planlarımızı qururuq, ancaq öz ölkəmizdə sülh içində yaşamaq istəyirik”.

Gülərin açıqlamalarından sonra ekspertlər 3-cü Dünya Müharibəsi riskini qiymətləndiriblər.



Türkiyənin keçmiş hərbi kəşfiyyat rəisi İsmail Hakkı Pekin və hərbi strateq Kamal Olçar III Dünya Müharibəsi riskinin uzun müddətdir gərginlik içində olan Asiya-Sakit Okean bölgəsindən başlaya biləcəyinə işarə ediblər.

Türkiyənin coğrafi mövqeyinə və bölgədəki hərbi hərəkətliliyinə diqqət çəkən İsmail Hakkı Pekin deyib ki, “hər an hər şey ola bilər”. Onun fikrincə, ABŞ hazırda böyük müharibə istəmir. ABŞ-nın gücünü saxlayaraq bölgəni formalaşdırmağa çalışdığını bildirən H. Pekin vurğulayıb ki, Türkiyə öz ətrafında qurulan ABŞ bazalarına və yaradılması arzulanan YPG/PKK terror dövlətinə qarşı hər an müharibəyə hazır olmalıdır.

Dominant güclərin hazırda qlobal müharibəyə hazır olmadığını deyən Pekin əlavə edib: “Fikrimcə, bu mərhələdə 3-cü Dünya Müharibəsinin başlaması çətindir. Çünki nə Amerika, nə də digər ölkələr, istər Rusiya, istərsə də Çin III Dünya Müharibəsini istəmir. ABŞ və digər ölkələrin hazırda böyük müharibəyə hazır olmadığını görürük. Avropa və Rusiya da buna hazır deyillər. Çin də müharibəyə hazır olmadığını bildirir. Asiya-Sakit okean bölgəsində artan gərginliyə və Çinin varlığına diqqət etmək vcibdir. Məncə, gələcəkdə əsl müharibənin baş verdiyi yer, başlanğıc nöqtəsi Asiya-Sakit okean bölgəsi olacaq”.

İkinci Dünya Müharibəsinin 5 il davam etdiyini və 60 milyona yaxın insanın öldüyünü xatırladan Pekin bildirib ki, son illərdə silahların dağıdıcı imkanları çox artıb, bu səbəbdən də qlobal müharibədə on milyonlarla insan ölə bilər.

Hərbi strateq Kamal Olçar Rusiya, Çin, ABŞ kimi dünyanın böyük dövlətlərinin revizionist dövlətlər kimi qəbul edildiyini və daim öz təsir dairələrini genişləndirməyə çalışdıqlarını bildirib. Mütəxəssis III Dünya Müharibəsinin vəkillər vasitəsilə baş verəcəyini deyib. Ukrayna və İsrailin vəkil müharibəsi apardığını diqqətə çatdıran Olçar əlavə edib ki, üçüncü müharibə Asiya-Sakit okean regionunda - Tayvanda başlaya bilər.

Y. QACAR
Seçilən
12
reyting.az

1Mənbələr