AZ

“Əsas ərazi yox, təhlükəsizlik qarantiyasıdır” - Ukrayna Trampdan nə gözləyir?

Ukrayna rəsmiləri aylardır ki, hər hansı bir sülh nizamlanmasında Rusiyanın işğal etdiyi ərazilərdən vaz keçməyəcəklərini desələr də Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ritorikalarını dəyişirlər. 

“AzPolitika” xəbər verir ki, bunu “The New York Times” nəşri yazıb.

Yazıda qeyd olunur ki, indi Ukrayna üçün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın irəli sürdüyü danışıqların sürətləndirilmiş qrafikini nəzərə alaraq, gələcək demarkasiya xəttinin haradan keçməsindən daha çox təhlükəsizlik zəmanətlərinin alınması əhəmiyyətlidir.

Ukrayna qüvvələri şərqdə davamlı olaraq mövqelərini itirdiyi bir vaxtda bu ölkənin iki rəsmisi nəşrə bildirib ki, potensial danışıqlarda Kiyevin maraqlarının qorunması döyüş yolu ilə müəyyən ediləcək sərhədlərdən deyil, atəşkəs rejiminə hansı təminatların mövcudluğundan asılı olacaq.

Ukrayna Ali Radasının Müdafiə və Kəşfiyyat Komitəsinin sədri Roman Kostenko bununla bağlı qəzetə deyib: “Danışıqlar təminat əsasında aparılmalıdır, Ukrayna üçün bundan vacib heç nə yoxdur”.

Adının çəkilməsini istəməyən başqa bir yüksək vəzifəli Ukrayna rəsmisi də eyni fikirdədir: “Ərazi məsələsi son dərəcə vacibdir, lakin bu, necə də olsa, ikinci məsələdir. Birinci məsələ təhlükəsizlik qarantiyasıdır”.

Lakin Kostenko onu da qeyd edib ki, Ukrayna öz sərhədlərini 1991-ci il Müstəqillik Bəyannaməsi əsasında müəyyən edib. Bundan sonra Rusiya Ukrayna torpaqlarının təxminən 20 faizini işğal edib, lakin Kiyev Rusiyanın işğalı altında olan heç bir əraziyə iddialarından rəsmən imtina etməyəcək. Yəni, həmin ərazilərə faktiki nəzarət edə bilməsə də, onları heç vaxt rəsmən Rusiya torpaqları kimi tanımayacaq.

“AzPolitika.info”

Seçilən
41
50
azpolitika.info

10Mənbələr