AZ

Kiyev ABŞ kəşfiyyatının rəhbəri vəzifəsinə namizədi Rusiyaya işləməkdə ittiham edib

Donald Trampın ABŞ kəşfiyyatının rəhbəri vəzifəsinə namizədliyini irəli sürdüyü Tulsi Qabbard 2022-ci ildə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən Kremlə işləməkdə ittiham edilib. Bu barədə “Strana.ua” nəşri özünün Telegram kanalında yazıb.

Nəşr yazıb ki, Qabbard Vladimir Putinlə əlaqədədir və “Kremlin pulu üçün” işləyir: "Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bəyan edib ki, ABŞ Ordusunun Ehtiyatda olan keçmiş zabiti Tulsi Qabbard bir neçə ildir  Kremlin pulları üçün xarici auditoriyaya "işləyir”.

Bir sözlə, Ukraynada onu dezinformasiyalarda da ittiham ediblər.

Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milli kəşfiyyat direktoru vəzifəsinə keçmiş konqresmen Tulsi Qabbardın namizədliyini irəli sürüb.

Tural

Seçilən
14
2
news365.az

3Mənbələr