"COP29 tarixi bir konfrans olacaq, Azərbaycanın ev sahibi kimi ambisiyalı gündəlik formalaşdırması elə böyük uğurdu". "Olaylar" xəbər verir ki, bunu siyasi təhlilçi Zaur İbrahimli deyib: "COP29 sözdən əmələ keçidi təmin edəcək. Ayrı-ayrı ölkə və qrupların qərəzli münasibəti, qarayaxma kampaniyası nəticəsiz qalacaq. Qısa müddətdən sonra bu mənasız küy unudulacaq. Azərbaycanın miqyaslı fəaliyyəti, Bakıda verilən qərarlar tarix yaradacaq. Bakı dünyanı toplayıb, səsi eşidilməyən ölkələrin səsini çatdırır, bərabərlik yaradır. Tarixdə bu qalacaq. Cənab Prezident İlham Əliyev dediyi kimi, Azərbaycan bu günlərdə dünyaya ev sahibliyi edir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31