AZ

Çobanlıq edən 6 uşaq atasının faciəli ölümünün təfərrüatı - VİDEO

Göyçayda çobanlıq edən 6 uşaq atası kanala düşərək boğulub.

Day.Az xəbər verir ki, hadisə Göyçayın Hacalıkənd kəndində qeydə alınıb.

Ağdaş rayon sakini 37 yaşlı İlkin Seyidov Yuxarı Şirvan kanalının Göyçaydan keçən hissəsində suya düşərək boğulub.

Hadisədən sonra əraziyə cəlb olunan  xilasedicilər tərəfindən İlkin Seyidovun meyiti tapılaraq sudan çıxarılıb. Suda batan İlkin Seyidov Göyçayda çobanlıqla məşğul imiş.

Gəncədə isə çaydan kişi meyiti tapılıb.

Gəncəçayın yaxınlığından keçənlər çay kənarında insan meyiti olduğunu görərək  polisə məlumat veriblər.

Onun tənha yaşdığı, yaxınlıqdakı ərazidə maşınlardan parkinq pulu yığdığı və yol kənarındakı kiçik köşkdə gecələdiyi məlum olub. İlkin ehtimala görə, üz hissəsində qan izləri müşahidə olunan mərhum gecə saatlarında çay kənarındakı yüksəklikdən yıxılaraq xəsarətlər alıb və bunun nəticəsində ölüb. Aşkar olunan meyit  aidiyyatı üzrə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
5
1
day.az

2Mənbələr