AZ

Mükafatını aldı, evə dönəndə şok yaşadı

"Xetafe"nin hücumçusu Borxa Mayoral xoşagəlməz hadisə ilə üzləşib.

Publika.az xəbər verir ki, 27 yaşlı futbolçu noyabrın 11-də "Marca" qəzetinin İspaniya Primerasının yerli bombardirinə verdiyi "Zarra Trophy" mükafatını aldıqdan sonra evə qayıdarkən şok yaşayıb. Borxa evinin yandığını görüb. Hadisə nəticəsində mənzilin iki otağı tamamilə yanıb. Yanğınsöndürənlər alovun daha da böyüməsinə imkan verməyiblər.

“Yanğın oğlumuzun otağında başlayıb, amma evdə heç kim olmayıb. Bu, çox böyük faciə ola bilərdi, biz evdə yatsaydıq, nələr ola bilərdi deyə fikirləşib, şoka düşürük. Bizə deyirlər ki, üç yanğın olub, amma hələlik dəqiq məlumat verə bilmərik. Baş verənlərə səbəb ola biləcək heç bir şey yox idi", - deyə Mayoral bildirib.

Qeyd edək ki, keçən mövsüm Mayoral La Liqada 15 qol vurub. O, zədə səbəbilə yalnız martın əvvəlinə qədər oynayıb.

Seçilən
10
publika.az

1Mənbələr