AZ

Təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır



Türk Dünyası çox geniş coğrafiyanı əhatə edir. Bəzi ölkələr böyük təbii sərvətlərə malikdir, bəzilərinin isə güclü hərbi imkanları var. Türk dünyası ölkələri bütün bu səylərini birləşdirsə, qlobal səviyyədə ciddi oyunçu ola bilər. Bu baxımdan Türk Dövlətləri Təşkilatının (TDT) qlobal güc mərkəzlərindən birinı çevrilməsi lazımdır. Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında deyib ki, Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir: “Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm”. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı özünü Türk Dövlətləri Təşkilatıının fəallaşmasında göstərir. Son illərdə nəzərəçarpacaq dərəcədə bu təşkilat çərçivəsində türk öləkləri əməkdaşlığı gücləndirir. Bu inkişaf, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə müşahidə olunur. Türk Dövlətləri Təşkilatı və digər regional formatlarda, bu ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq artır və birgə təşəbbüslər daha da genişlənir. Türk Dünyası ölkələri arasında qarşılıqlı siyasi dəstək və əməkdaşlıq, regional və beynəlxalq məsələlərdə birgə mövqelərin ortaya qoyulmasına şərait yaradır. Türk Dövlətləri Təşkilatı, bu əməkdaşlığın əsas platformalarından biridir və dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir. İqtisadi sahədə birgə layihələr, ticarət əlaqələrinin inkişafı və enerji sahəsində əməkdaşlıq önəmlidir. Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən mexanizmləri mövcuddur və bu əməkdaşlıq həmçinin infrastruktur layihələrini əhatə edir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması və nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.
Mədəniyyət sahəsində əməkdaşlıq da çox önəmlidir. Türk Dünyası ölkələri arasında dil, tarix və mədəni irsin qorunması və təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir. Bu əməkdaşlıq çərçivəsində, kitab sərgiləri, musiqi və teatr festivalları, elmi konfranslar təşkil edilir. Türk Dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlıq artmaqdadır. Ortak universitetlər və təhsil proqramları yaradılır, elmi tədqiqatlar və mübadilə proqramları həyata keçirilir. Həmçinin, tələbə mübadiləsi və təcrübə proqramları da bu əməkdaşlığın bir hissəsidir. Təhlükəsizlik məsələlərində də əməkdaşlıq güclənir. Dövlətimizin başçısının çıxışında dediyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”. Türk Dünyası ölkələri, bir-birinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi təlimlər və qarşılıqlı dəstək verirlər. Regional təhlükəsizlik məsələlərində birgə mövqelərin ortaya qoyulması, bu əməkdaşlığın vacib bir hissəsidir.

Nicat Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi



Seçilən
41
9
aia.az

10Mənbələr