AZ

Nobel mükafatıçısı: Mileyin siyasəti Argentinanı fəlakətə aparacaq...

Argentina prezidenti Xavyer Mileyin siyasəti ölkə üçün fəlakətlə başa çatacaq...

Poliqon xəbər verir ki, bunu "RİA Novosti" Agentliyinə müsahibəsində iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Ceyms Robinson deyib.

"Bunun sonu fəlakətlə bitəcək. Onun siyasəti qeyri-realdır və cəmiyyətlə tamamilə uyğunsuzdur", deyə Nobel mükafatçısı vurğulayıb.

Robinson qeyd edib ki, Argentinada iqtisadi vəziyyət artıq struktur problemi deyil, siyasi məsələdir.

Oktyabrın 22-də Argentina hakimiyyəti federal vergi xidmətini ləğv edərək, onun yerində yeni agentlik yaradıb. Vergi xidmətinin ləğvi dövlətin ölkə iqtisadiyyatında iştirakının azaldılması və səmərəsiz strukturların aradan qaldırılması çərçivəsində həyata keçirilir.

2023-cü ilin dekabrında Miley iqtisadiyyatın tənzimlənməsinin dayandırılmasına yönəlmiş 300-dən çox islahat haqqında fərman imzalayıb. Bu sənəd onun ölkənin inkişafı ilə bağlı baxışlarını əks etdirir. Bəzi müddəalar qanunlara çevrildi və iyun ayında parlament tərəfindən təsdiq edilib.

Ötən gün Argentina Respublika Statistika və Siyahıyaalma İnstitutu açıqlayıb ki, ölkədə 10 ay ərzində inflyasiya illik 107% təşkil edib. Göstəricinin hələ də üçrəqəmli olmasına baxmayaraq, son bir ildə ölkədə istehlak qiymətlərinin artım tempi nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, oktyabr ayında inflyasiya cəmi 2,7% artıb ki, bu da 2021-ci ilin noyabrından bəri ən aşağı artım olub.

Ötən ilin sonunda Argentinada inflyasiya 211,4% təşkil edib. Son bir ayda isə bu göstərici 25,5% artıb. Nəticədə, Argentina istehlak qiymətlərinin artımına görə Venesuelanı qabaqlayıb (2023-cü ildə +193%). Sonuncu uzun müddət Latın Amerikasında inflyasiya üzrə lider olaraq qalır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr