AZ

Asiya İnkişaf Bankı təmiz enerji gücünün artırılmasına böyük miqyaslı investisiyalar yatıracaq

Asiya İnkişaf Bankı (ADB) regional təmiz enerji gücünün artırılmasına böyük miqyaslı investisiyalar yatıracaq.

“İki sahil” xəbər verir ki, bunu Bankın vitse-prezidenti Yingming Yang noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu investisiyalar Tacikistan və Qırğızıstan kimi regiondakı kiçik iqtisadiyyatlara su elektrik ehtiyatlarını iqtisadi artıma, iş yerlərinə, gəlirlərə çevirməyə imkan verəcək, eyni zamanda regionda bərpa olunan enerjidən istifadənin genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

"ADB həmçinin Beynəlxalq Valyuta Fondu (IMF) ilə "yaşıl məqsəd"lər istiqamətində regional əməkdaşlığı və inteqrasiyanı təşviq etmək üçün qarşılıqlı müzakirə aparır. Bu istiqamətdə ilkin olaraq Mərkəzi Asiyada rəqəmsal əlaqənin təşviqində əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə razılığa gəldik. İki gün əvvəl biz Asiya və Sakit Okean regionunda iqlim üçün innovativ maliyyə vəsaitini işə saldıq. ADB həmçinin inkişaf etməkdə olan ölkələrdə ədalətli keçid üçün milli və sektoral çərçivə strategiyalarını, fəaliyyət planlarını və investisiya yol xəritələrini inkişaf etdirməyə dəstək verən ədalətli keçid tərəfdaşlığına dəstək proqramı yaradıb", - deyə vitse-prezident qeyd edib.

Seçilən
15
1
ikisahil.az

2Mənbələr