AZ

Bitkoinin qiyməti 93 min dolları keçdi- DÜNYA EYFORİYADA

Bitkoinin qiyməti tarixdə ilk dəfə 93 min dolları keçərək bütün zamanların ən yüksək həddini yeniləyib. Binance-in məlumatına görə, kriptovalyutanın qiyməti noyabrın 13-də birjalarda 93 409,02 dollara çatıb. Noyabrın 14-də səhər saatlarında Bitcoin 89 842 dollara qədər ucuzlaşıb.

 

Ənənəvi bazarların bağlandığı və kriptovalyuta ticarətinin adətən sakit olduğu həftə sonu BTC hətta 5000 dollar qazanıb. Son artım o deməkdir ki, Bitcoin 2024-cü ilin əvvəlindən 93 faiz,  2022-ci ilin noyabrında olan  16 min dollar səviyyəsindən sonra isə 400 faiz artıb.

 

Bitkoinin qiyməti Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra bir həftə ərzində 30 faizədək bahalaşıb. Bloomberg-in məlumatına görə, Amerikanın bitkoin mübadiləsi fondlarına vəsait axını noyabrın əvvəlində 1 milyard dolları ötüb.

 

Agentlik yazır ki, Bitcoin-in artımına səbəb Trampın ABŞ prezident seçkilərində qələbəsi olub. Tramp rəqəmsal aktivləri fəal şəkildə dəstəklədi və ABŞ-ı “bitcoin super gücü” edəcəyinə söz verdi.

 

Bitcoin-in artımı,  ayrı-ayrı dövlətlərin kriptovalyutada strateji ehtiyatlar yarada biləcəyi gözləntiləri ilə də əlaqələndirilir. Bu baş verərsə, rəqəmsal valyutaya tələbat böyük olacaq.

Analitik James Check, Bitcoin yeni qiymət rallisinin ortasında olduğu üçün bazarların indi "eyforiya zonasına" daxil olduğunu söyləyib.

 

Ekspertlər hesab edir ki, Trampın inaqurasiyasına qədər bitkoinin qiyməti 100 min dollarlıq psixoloji həddi keçəcək. Ümumilikdə gələn il qiymət arımının davam edəcəyi və 200 min dollara çatacağı bildirilir.

 

CleanSpark” şirkətinin baş direktoru Zak Bredfordun sözlərinə görə, bitkoin yaxın 18 ay ərzində təxminən 200 min dollara qədər yüksələ bilər.

Bitcoin-in uzun müddətli durğunluq dövründən sonra davamlı yüksəliş olacağını vurğulayan Bradford, "Təbii ki, bunların hamısı makro hadisələrə və digər amillərə tabedir", deyə vurğulayıb. 

 

 


 
Seçilən
6
modern.az

1Mənbələr