AZ

Türkiyə BRİKS-lə tərəfdaş ölkə olacaq

Türkiyə iqtisadi cəhətdən inkişaf etməkdə olan BRİKS blokunda tərəfdaş ölkə statusu təklif ediləcəyini gözləyir.

Ölkə.Az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

“Kazanda keçirilən son sammitdə Türkiyənin müraciətinə baxılıb. Aydındır ki, onlar bizə tərəfdaş ölkə statusu təklifi ilə cavab verəcəklər”, - nazir qeyd edib.

Nazir Bolat həmçinin Hindistanın Ankaranın Pakistanla sıx əlaqələri səbəbindən Türkiyənin BRİKS-ə tam üzvlüyünə mane olması ilə bağlı iddiaları təkzib edib.

"Hindistanın üzvlüyümüzə veto qoymasından söhbət gedə bilməz", - o qeyd edib. 

Mürtəza
Ölkə.Az

Seçilən
14
olke.az

1Mənbələr