Olaylar "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər III Dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib. Yaşar Gülər qatıldığı televiziya proqramında aparıcının "İsrail Türkiyəyə hücum edəcəkmi?" sualını cavablandırıb.
Bəs, həqiqətən III Dünya müharibəsinin başlaması nə qədər yaxındır?
Bu barədə danışan terror və təhlükəsizlik üzrə mütəxəssis Coşkun Başbuğ deyib: "Ola bilsin ki, müharibə qapının ağzındadır, amma bununla bağlı proqnoz vermək hələ tezdir. ABŞ-ın yeni hökumətinin necə formalaşacağı gözlənilir. Məsələn, CENTCOM-un Suriyada İsraili bəhanə edərək həyata keçirdiyi hücumlar hələ çox təzədir, iki günlük bir hadisədir. Hələlik niyə baş verməsini müzakirə edirik. Biz aylar əvvəl İsrailin Livana hücumunun təkcə Livanla məhdudlaşmayacağını, Amerika ilə əl-ələ verəcəyini və bunu Suriya və İraq torpaqlarına yaymaq istəyəcəyini söylədik. Hələ də eyni mövqedəyik". (Bakupost.az)