AZ

Lavrov: “Top Amerika tərəfdədir”

“Moskva Donald Trampın prezidentliyi dövründə Vaşinqtonla təmaslara hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “Valday Beynəlxalq Diskussiya Klubunun iclasında Putin bildirib ki, o, hər zaman ünsiyyətə hazırdır. Ünsiyyəti kəsən biz deyilik, top Amerika tərəfdədir”.

 Noyabrın 11-də Kremlin  mətbuat katibi Dmitri Peskov “The Washington Post” qəzetinin iddialarına cavab verərək bildirmişdi ki, Putinin Trampla hələlik telefon danışığı olmayıb: “Rusiya prezidenti “Valday” beynəlxalq diskussiya klubunda çıxış edərək Trampı seçkilərdəki qələbə münasibətilə təbrik edib, təmasların əleyhinə olmadığını bildirib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
74
50
konkret.az

10Mənbələr