Braziliyalı mərkəz müdafiəçisi Eder Militao ağır zədə alaraq uzun müddətə sıradan çıxandan sonra "Real Madrid"in sabiq futbolçusu Serxio Ramosun "Kral klubu"na niyə qayıtmadığı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "El Chiringuito"nun jurnalisti Xose Anxel Sançes şəxsi "X" hesabı üzərindən yayıb.
Xəbərə görə, 38 yaşlı Ramos Madrid təmsilçisinə öz xidmətini təklif etsə də, klubun prezidenti Florentino Peres təcrübəli ispanın komandaya qoşulmasını istəməyib.
Xatırladaq ki, Ramos 2005-2021-ci illər aralığında "Real"ın uğurları üçün çalışıb. Bu müddət ərzində 671 oyunda iştirak edən arxa xətt oyunçusu 101 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb. Bu ilin yayında "Sevilya"dan ayrılan Serxio azad agent statusu daşıyır.
Nihat