Rusiya beşinci nəsil Su-57E döyüş təyyarələrinin adı açıqlanmayan ölkəyə ixracı ilə bağlı müqavilələr imzalayıb.
“Poliqon” xəbər verir ki, bunu “Zhuhai Airshow-2024” sərgisində “Rossiya” telekanalına müsahibəsi zamanı “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev deyib.
“Hərbi-texniki əməkdaşlıq sistemi bazara yeni növ silah və hərbi texnika gətirməlidir. Artıq Su-57E təyyarələri ilə bağlı ilk imzalanmış müqavilələrimiz var. İqtisadi təsir Rusiyanın xarici bazarlarda olmasıdır. Bizim tərəfdaşlarımız və dost ölkələr etibarlı, sübut edilmiş Rusiya silahlarını almaq istəyirlər”, – deyə “Rosoboroneksport”un baş direktoru bildirib.
Qeyd edək ki, Çində keçirilən “Zhuhai Airshow-2024”də iştirak edən “Rosoboroneksport” şirkəti tərəfindən Su-57E qırıcısı ölkə xaricində ilk dəfə bu sərgidə təqdim olunub. Sərgi çərçivəsində Su-57E nümayiş uçuşu da həyata keçirib.