AZ

Şotlandiyada qırmızı panda balası atəşfəşanlıqdan qorxaraq öldü

Şotlandiyada üçaylıq qırmızı panda balası ölüb.

Bu barədə Oxu.Az "Sky News"a istinadən xəbər verir.

Məlumata görə, "Tonqal gecəsi" tədbiri münasibətilə atəşfəşanlıq zamanı ayı balası qorxaraq qusub və öz qusmağı ilə boğularaq həyatını itirib.

Könüllülərin sözlərinə görə, ayı balasının Edinburq zooparkındakı evinin yaxınlığında parlaq parıltılarla müşayiət olunan yüksək səslər eşidilib. Görünür, çox qorxduğu uçun o, evində gizlənə də bilməyib.

Qeyd edək ki, bu yaxınlarda anası Djinjeri itirən ayı könüllülərin təcrübəli və düzgün işi sayəsində həyatda qalmışdı.

Şotlandiya Kral Zooloji Cəmiyyətinin baş direktorunun müavini Ben Sappl fişənglərin əhaliyə satışının qadağan edilməsi ilə bağlı çağırışları dəstəkləyib. Atəşfəşanlıq, hətta uzaq məsafədə olsa belə, aşağı tezliklərdəki səs dalğalarını tutabilən heyvan yenə də onu eşidir.

Könüllülər qeyd edirlər ki, atəşfəşanlıq ev heyvanlarında, mal-qarada və zoopark heyvanlarında qorxu və stres yaradır. Buna görə də onlar Böyük Britaniya və Şotlandiyanın hakimiyyət orqanlarından pirotexniki vasitələrin satışı qaydalarını sərtləşdirməyi xahiş edirlər.

Mənbə: oxu.az

Seçilən
7
oxu.az

1Mənbələr