AZ

COP for Hope: Təbii fəlakətlərdən qorunmaq üçün gündəlik bir milyard dollara ehtiyacımız var - Monteneqrolu baş redaktor

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Monteneqro Radio vəTeleviziyasının (RTCG) Ekologiya xəbərlər otağının baş redaktoruDaniyel Qaricdir.

O, Trend-ə açıqlamasındabildirib ki, hazırda təbii fəlakətlərdən qorunmaq üçün gündəlik birmilyard dollara ehtiyac var.

Daniyel Qaric deyib ki, bu məbləğ hər gün daha da artır.

O, əvvəllər də bir neçə COP tədbirlərində iştirak etdiyini vəCOP29-un qatıldığı ən yaxşı təşkil olunmuş konfrans olduğunubildirib:

"Bu, iştirak etdiyim 4-cü COP-dur. Sizə deməliyəm ki, bu,qatıldığım ən yaxşı təşkil olunmuş konfransdır. Burada bütün şəhərCOP-a həsr olunub. Bakının hər bir yerində COP29-la bağlı xüsusihazırlanmış işləri görə bilərsiniz. Xüsusilə də COP könüllüləri çoxmehribandırlar. Burada bizə lazım olan hər şey var. Buna görə dəAzərbaycanı və Bakını təbrik etməliyəm.

Mesajım iqlim dəyişiklikləri təhlükəsini tanımaqdır. Bu, bəşərsivilizasiyası üçün ən böyük və ən qorxulu təhlükədir. Təəsüflərolsun ki, bəzi dünya liderləri bunu başa düşmək istəmir. Hazırdaqlobal miqyasda cəmi bir oyunçu var, o da Avropa Birliyidir.

Avropa Birliyinin aydın dekarbonizasiya və çox yüksək səviyyəliiqlim siyasəti var. Digər oyunçularla bağlı belə deməzdim. Hesabedirəm ki, ABŞ-nin yeni prezidenti Donald Tramp hər şeyi dəyişəcək.O, bəlkə də, bəşər sivilizasiyası üçün daha bir böyük təhlükə olanParis Sazişini pozacaq. Bütün dünyada artıq daha çox daşqınlar,susuzluqlar və sunamiləri görürük. İqlim böhranı artıq qapımızdadırvə əgər lazımi addımlar atılmazsa, getdikcə vəziyyət daha dapisləşəcək".

"Beləliklə, hazırda təbii fəlakətlərdən qorunmaq üçün gündəlikbir milyard dollara ehtiyacımız var. Bu məbləğ hər gün daha daartır.

Planetin cənubundakı kasıb ölkələrin o qədər problemi var ki,şimal yarımkürəsi bu problemləri anlamır. Sadəcə daha çox pul, neftvə qaz istəyirlər. Bu isə cənubdakıların həyatını məhv edir.İtirəcək vaxt yoxdur. Düşünürəm ki, bu, dünən ümumi sektorun dediyikimi, sərmayə olan bir xeyriyyəçilik deyil. Bu, onların edəbiləcəyi bir şey deyil, etməli olduqları bir şeydir", - deyə başredaktor vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
12
az.trend.az

1Mənbələr