AZ

Potensial donorlar İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Fonduna maraq göstərir - Yalçın Rəfiyev

Bakı. Trend:

Potensial donorlar İqlim Maliyyələşdirilməsi üzrə FəaliyyətFonduna maraq göstərir.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəCOP29-un baş müzakirəçisi Yalçın Rəfiyev COP29 çərçivəsindəkeçirilən mətbuat konfransında bildirib.

“İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Fondu bizim hazırdadavam edən 14 təşəbbüsümüzdən biridir. Onun yaradılmasını elanedəndə, davam etdirmək istədiyimiz prosesi açıq şəkildə qeydetdik”, – deyə o bildirib.

Yalçın Rəfiyevin sözlərinə görə, fondun məqsədi inkişaf etməkdəolan ölkələr üçün yeni konsepsiyaya əsaslanan innovativmaliyyələşdirmə mənbəyinə çevrilməkdir.

“Eyni zamanda, konsepsiyanın inklüziv hazırlanma prosesini təminetmək üçün biz potensial donor ölkələri işçi qrupa daxil etməyiqərara aldıq. COP-da elan etdik ki, işçi qrupumuz konseptualsənədin hazırlanması ilə məşğuldur”, – deyə o qeyd edib.

Y.Rəfiyev fondun yaradılmasının vaxt tələb edən mürəkkəb birproses olduğunu vurğulayıb.

“Lakin biz bu istiqamətdə fəal işləyirik və bütün potensialdonorlarla sıx əməkdaşlıq edirik. İnkişaf etməkdə olan və inkişafetmiş ölkələrdən, dövlət və özəl sektorlardan olan potensialiştirakçılardan əhəmiyyətli maraq görürük ki, onlar fondunyaradılması və mümkün qədər tez fəaliyyətə başlaması üçün bizi işidavam etdirməyə çağırır”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

2Mənbələr