Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.
Budəfəki müsahibimiz Marşal adalarıheyətində iştirak edən, Fici adalarının Rutuma adasından olan ConTaukavedir.
Con Taukave Trend-ə bildiribki, o, Sakit okean regionunun sakinlərinin səslərinin COP29-daeşidiləcəyinə və iqlim problemlərinin həlli üçün bizə maliyyəvəsaiti ayrılacağına ümid edir.
“Azərbaycan COP29-un sədri kimi tədbiri mükəmməl təşkil edib.Burada olduğum üçün çox minnətdaram, çox şey öyrənirəm, lakin eynizamanda istəyirəm ki, səslərimiz eşidilsin və verilən vədlər yerinəyetirilsin.
Sakit okean regionunda iqlim layihələri üçün böyükmaliyyələşdirmə perspektivi var. COP29 daha əvvəl qəbul edilmişmaliyyə öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini bildirməküçün bir fürsətdir. Hazırda diqqətimizi həll etməyə çalışdığımızvacib məsələlərdən biri olan külək enerjisinin öyrənilməsinə və yaadaptasiyasına yönəltmişik.
Bilirsiniz ki, külək Sakit okeanda çox güclü enerji mənbəyidir.Biz yerli xalqların mədəniyyətini, burada əcdadlarımızın küləkenerjisindən istifadə edərək, öz gəmiləri və kanoları ilə səyahətənənələrini müasir elm ilə birləşdiririk.
Sakit okeanda “Curani” adlanan və əsasən külək enerjisindənistifadə edən, karbon emissiyalarını 80 faiz azaldan ilk yük gəmisiyaratdıq. Bu cür layihələr nəqliyyatın və iqlimin dayanıqlıinkişafı üçün bir katalizatordur”, – Con Taukave bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.