AZ

Nyu-York meri: Mask hökumətdəki vəziyyəti düzəltməyə başlayacaq

ABŞ-da yeni nazirliyə (hökumətin səmərəliliyi nazirliyi) rəhbərlik edəcək İlon Mask arxaik hökumət sistemində bürokratiya ilə mübarizə aparacaq.

Busaat.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Birləşmiş Ştatların indiki administrasiyasının kəskin tənqidçisi olan Nyu-York meri Erik Adams səsləndirib.

“Düşünürəm ki, komandaya daxil edilməsi vacib olan insanlardan biri İlon Maskdır. Biz bürokratiya ilə dolu, hər hansı dəyişiklik istəməyən arxaik bir hökumətlə üz-üzəyik”, – deyə mer “PIX 11” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ “diskli telefon erasından smartfonlar dövrünə keçməlidir”. Hökumət xalqa düzgün xidmət göstərmədiyi üçün dəyişməlidir.

Seçilən
10
busaat.az

1Mənbələr