AZ

Stadionda vəfat edən hakimin qardaşı da gənc yaşında ölübmüş — YENİLƏNDİ

Ötən gün futbol oynayarkən vəfat edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev Kəlbəcər rayonundan olub.

Modern.az-ın məlumatına görə, 1961-ci ildə anadan olan hakim uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Məlumata görə, Siyavuş Hacıyev ailədə 3 övlad - 2 qardaş, bir bacı olublar. Onun əvvəllər hüquq-mühafizə orqanlarından işləyən qardaşı Bəhruz Hacıyev də gənc yaşlarında dünyasını dəyişib.

Mərhumun atası Şəmkir rayonunda həkim kimi fəaliyyət göstərib.

***

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin dünən futbol oynayarkən vəfat etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində - Azərbaycan Milli Elmlər Akademiyasının həyətində yerləşən stadionda baş verib.

“Azfar Group” MMC tərəfindən idarə edilən stadionda dünən saat 18 radələrində keçirilən futbol oyunu zamanı S.Hacıyevin səhhəti qəfil pisləşib və o, hadisə yerində ölüb.

Seçilən
19
10
demokrat.az

10Mənbələr