AZ

Türkiyədən Gürcüstana hazır geyim ixracı cüzi azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azalaraq, 81,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Gürcüstana 7,5 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 24,3 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 15,1 milyar dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 15 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Seçilən
13
46
turkic.world

10Mənbələr