AZ

COP29 beynəlxalq iqlim maliyyələşdirilməsinin genişləndirilməsi üçün aydın istiqamət müəyyən edəcək - Taleh Kazımov

Bakı. Trend:

COP29 beynəlxalq iqlim maliyyələşdirilməsinin genişləndirilməsiüçün aydın bir istiqamət müəyyən edəcək.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov“Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsiningenişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.

“Gözəl Bakı şəhərimizdə COP29-a ev sahibliyi etmək bizim üçünböyük şərəfdir və bu, qlobal iqlim çağırışlarını qətiyyət, iddialıhədəflər və əməkdaşlıqla aradan qaldırmaq üçün səylərimizibirləşdirmək üçün əla bir imkandır.

COP29 bizə əldə olunan nəticələri qiymətləndirmək və buistiqamətdə növbəti yolları araşdırmaq üçün vacib bir fürsət təqdimedir. Hamımız başa düşürük ki, iqlim dəyişikliyi sadəcə ekolojiböhran deyil. Bu, dərhal və kollektiv tədbirlər tələb edən sondərəcə mürəkkəb bir böhrandır.

Əminəm ki, COP29 beynəlxalq iqlim maliyyələşdirilməsiningenişləndirilməsi üçün aydın bir kurs müəyyən edəcək və xüsusiləinkişaf etməkdə olan ölkələr üçün maliyyələşmə çatışmazlığınınaradan qaldırılmasına kömək edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr