AZ

COP29 necə keçir? Gələnlər, gəlməyənlər, qərarından geri dönənlər...- Natiq Cəfərli saat 16:00-da Çətin sualda

Noyabrın 11-dən Bakıda COP29 tədbiri keçirilir.

Noyabrın 12-də Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev deyib ki, bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var.

Fransanın Prezidenti Emmanuel Makronun Azərbaycanla gərgin münasibətlər səbəbindən, Almaniya Kansleri Olaf Şoltsun ölkədaxili siyasi böhrana görə, Braziliyanın Prezidenti Luiz Inácio Lula da Silvanın isə səhhəti ilə bağlı tədbirdə iştirak etmir. Ermənistan hələ ki qərar verməyib.

Fransanın ekologiya naziri Anye Runaşe Azərbaycana səfərindən imtina edib. Noyabrın 13-də Fransa Senatında çıxış edən Anye Runaşe Bakıya səfərini planlaşdırdığını, amma İlham Əliyevin ölkəsinə qarşı sərt tənqidlərdən sonra Azərbaycana getməmək qərarı verdiyini bildirib.

Argentina Prezidenti Xavyer Miley hökumətini təmsil edən nümayəndə heyətinin COP29 sammitini tərk etmələri tapşırığını verib.

REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Seçilən
11
turan.az

1Mənbələr