AZ

"OĞLUMUN HƏYATINI XİLAS ETMƏYƏ KÖMƏK EDİN!" - Ana yardım istəyir + FOTO

14 yaşlı Riad Müftiyev qan xərçəngi (Leykemiya) xəstəliyindən əziyyət çəkir.  Bir ildən artıqdır bu xəstəliklə mübarizə aparan Riadın vəziyyəti daha da ağırlaşıb. Onun yaşaması üçün sümük iliyi transplantasiyası tələb olunur. Övladını təkbaşına böyüdən ananın isə bunun üçün maddi imkanı yoxdur. 

Bu səbəbdən də “AzPolitika”-ya müraciət edən Riad Müftiyevin anası Zümrüd Abdurzayeva imkanlı insanlardan, kömək etmək imkanı olan hər bir şəxsdən yardım istəyir: "Mən, Zümrüd Abdurzayeva qan xərçəngi (Leykemiya) xəstəsi olan uşağın anasıyam. İmkanı olan hər bir şəxsdən kömək istəyirəm. Mənim 14 yaşlı oğlum Müftiyev Riada kəskin Limfoblast Leykoz diaqnozu qoyulub. O, 26.04.2023-cü ildən bəri Bakı şəhərində Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır. Bu ilin iyun ayında xəstəliyin residivi baş verdi. Biz ağır Residiv Protokoluna uyğun kimyəvi terapiyaya başladıq. Lakin təəssüf ki, Riada mütləq sümük iliyi transplantasiyası lazımdır. Öz donorumuz olmadığı üçün Türkiyəyə getməliyik. Türkiyədə bu prosedurun həyata keçirilməsi üçün böyük məbləğdə pul tələb olunur -170 000 AZN. Bu məbləği toplamaq bizim üçün qeyri-mümkündür. Mən tənha anayam, oğlumu təkbaşına böyüdürəm. Onun xəstəliyinə görə işləyə bilmirəm. Biz Riadla kirayədə yaşayırıq onun pensiyasının hesabına dolanırıq. Sizdən - yardım etmək imkanı olan hər bir şəxsdən xahiş edirəm, oğlumun həyatını xilas etməyə kömək edin!

Hörmətlə, Zümrüd Abdurazayeva.

Əlaqə nömrəsi: 070 601 60 50

Kapital bank:4169 7388 3586 1547

ABB bank: 4127 2093 0055 0859"

Seçilən
11
azpolitika.info

1Mənbələr