AZ

Parlamentaridən Zelenskiyə ağır ittiham: O, oğurluqda hamıdan üstün olub

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinə dövlət qurumlarından hər ay on milyonlarla dollar daxil olur.

Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk bildirib.

Parlamentari iddia edir ki, təkcə Odessa vilayətindən ayda 10-15 milyon dollar toplanır.

Deputat hesab edir ki, Zelenski bütün Ukrayna prezidentlərindən daha çox oğurlaya bilib: "O, bu məsələdə hamıdan üstün olub”.

Noyabrın 12-də Ali Radanın deputatı Aleksandr Dubinski özünün "YouTube" kanalında bildirib ki, Zelenski və ona yaxın adamlar hərbi əməliyyatlar bitdikdən sonra Qərb ölkələrindən xərclədikləri pulların auditinin aparılacağından qorxurlar.

Seçilən
5
18
publika.az

10Mənbələr