AZ

Trampın mühacir siyasəti - Sərt soyuqlar qayıdır?

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp ilk olaraq mühacirlərin məsələsinə baxacaq.

Tramp administrasiyasının vəzifəyə başlayan kimi deportasiya və həbslərə başlayacağı gözlənilir.

İllərdir mühacirlərin ümid mənbəyi olan Meksika sərhədi Trampın ilk baxdığı yerdir. Burada sərhəd divarının tikintisini davam etdirmək onun planları arasındadır.

Bakupost.az CNN America-ya istinadən bildiri ki, Trump-ın komandasında şayələr gəzir ki, Cinayət törətmiş sənədsiz mühacirlərin deportasiyası ilk diqqət mərkəzində olacaq.

Bununla belə, insan haqları müdafiəçiləri deportasiya planlarının tezliklə Amerika cəmiyyətlərinə daha dərindən təsir edəcyindən narahatdırlar.

ABŞ daxilində bir çox təşkilat bu immiqrasiya siyasətini “təhqiramiz, qəddar” adlandırır. Vəziyyətlə mübarizə aparmaq üçün pul və vəkillər ayırılar. Onlar deyirlər ki, Tramp ailələrə, bizneslərə və ümumilikdə iqtisadiyyata zərər verəcək.

Elgün, Bakupost

Seçilən
3
bakupost.az

1Mənbələr