AZ

ABŞ-nin 257 milyard dollarlıq büdcə kəsiri var

2025-ci maliyyə ilinin ilk ayı olan oktyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ federal hökumətinin büdcə kəsiri təxminən 4 dəfə artaraq 257 milyard dollara çatıb.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi oktyabr ayı üçün büdcə balansı hesabatını dərc edib.

Hesabata əsasən, ABŞ-nin 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə sona çatacaq 2025-ci maliyyə ilinin ilk ayında büdcə açığı təxminən 257 milyard dollar təşkil edir.

Federal hökumətin 2024-cü maliyyə ilinin müvafiq ayında təxminən 67 milyard dollar büdcə kəsiri var idi. 

Gülşən Şərif

Seçilən
16
bakivaxti.az

1Mənbələr