ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşı Asif Rəhman İsrailin İrana hərbi hücum planlarını ətraflı təsvir edən məxfi sənədlərin sızmasından sonra casusluqda ittiham olunub.
Referans.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FBI) agentləri ötən həftə Virciniya federal məhkəməsində ittiham irəli sürüldükdən sonra Asif Rəhmanı çərşənbə axşamı Kambocada saxlayıblar. Saxlanılan şəxsin "Telegram" tətbiqindən istifadə etməklə məxfi sənədləri qarşı tərəfə ötürməkdə təqsirləndirilir. Məxfi sənədlər oktyabrın 1-də Tehranın regiondakı rəqibinə qarşı ən böyük hücumu olan raket zərbəsindən sonra İsrailin İrana cavab planları ilə bağlı olub.
Gizli sənədlərin birincisi "İsrail: hava qüvvələri İrana zərbə üçün hazırlıqları davam etdirir və ikinci böyük qüvvə məşqini həyata keçirir" başlıqlı, ikinci sənəd isə "İsrail: müdafiə qüvvələri zəruri sursat hazırlıqlarını və İrana zərbə üçün gizli PUA (pilotsuz uçuş aparatı) fəaliyyətini davam etdirir" başlıqlı olub.
Rəhmanın saxlanılması ABŞ-nin Hərbi Hava Milli Qvardiyasının üzvü Cek Teyxeiranın 15 illik həbs cəzasına məhkum edilməsindən sonra baş verib. Teyxeira bu ilin əvvəllərində Ukrayna müharibəsi ilə bağlı yüksək məxfi hərbi sənədləri Discord sosial platformasında paylaşdığı üçün həbs edilib.
Qeyd edək ki, MKİ əməkdaşı Asif Rəhman 14 noyabr tarixində Quam adasındakı federal məhkəmə qarşısına çıxacaq. Bu məlumat sızması Vaşinqtonun Təl-Əvivin hərbi planlarından nə dərəcədə narahat olduğunu daha yaxşı anlamağa imkan verib və ABŞ-nin hətta yaxın müttəfiqlərini belə izlədiyini göstərib.
24 oktyabr tarixində ABŞ-nin məxfi sənədlərinin sızması səbəbindən İsrail İrana cavab hücumunu təxirə salmağa məcbur qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta