AZ

Nazir: Adaptasiya tədbirləri görülməsə, Qazaxıstanda ÜDM-nin həcmi 2026-ci ilədək 1,3 faiz azalacaq

"İqlim dəyişikliyinə paralel adaptasiya tədbirləri görülməsə, Qazaxıstanda ÜDM-nin həcmi 2026-ci ilədək 1,3 faiz azalacaq".

APA-nın məlumatına görə, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev "Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq (CAREC) İqlim, İnnovasiya və Ticarət Tərəfdaşlığına həsr olunan nazirlərin görüşündə deyib.

"Digər ölkələr kimi Qazaxıstan da iqlim dəyişikliyinin fəsadlarını hiss edir. Quraqlıq, susuzluq və buzlaqların əriməsi kimi problemlərlə üzləşir. Proqnozlara əsasən iqlim dəyişikliyinə paralel adaptasiya tədbirləri görülməsə, Qazaxıstanda ÜDM-nin həcmi 2026-ci ilədək 1,3 faiz azalacaq. Qazaxıstan buzlaqların suyunun fermer təsərrüfatlarına yönəldilməsini nəzərdə tutan GTF regional proqramını dəstəkləyir. Bu proqramın icrası su hövzələrindən daha səmərəli istifadəni stimullaşdıracaq, eləcə də fermerlərə əlavə imkanlar yaradacaq. Hesab edirəm ki, beynəlxalq təşkilatların da dəstəyilə həm Qazaxıstan, həm də Mərkəzi və Qərbi Asiya iqlim dəyişikliyinin fəsadlarının minimuma endirilməsinə nail olacaq".

Seçilən
15
apa.az

1Mənbələr