AZ

Ağdamda Zəfər gününə həsr olunan yarış bitdi

Ağdamda 8 Noyabr – Zəfər Gününə həsr olunan rayon turniri keçirilib. Rayonun orta məktəb şagirdlərindən ibarət komandalar voleybol üzrə yarışıb.

Futbolinfo.az xəbər verir ki, turnirdə 7 komandanın heyətində ümumilikdə 60 nəfərədək məktəbli iştirak edib. Keçirilən yarışın məqsədi şəhidlərin xatirəsini yad etmək, vətənpərvərlik ruhunu artırmaq olub.

Gərgin keçən yarışın sonunda ilk üçlükdə qərar tutan komandalar müəyyənləşib:

I yer – Ağdam rayon Mahrızlı kənd tam orta məktəbin komandası

II yer – Ağdam rayon Üçoğlan kənd  tam orta məktəbin  komandası

III yer –  Ağdam rayon Xındırıstan kənd tam orta məktəbin komandası

Qalib komandalar Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

BƏHRUZ MUSAYEV

Seçilən
8
futbolinfo.az

1Mənbələr