Ermənistanın baş naziri Nikol Paşinyan 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat haqqında açıqlama verib.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, o bu barədə parlamentdə çıxışı zamanı məlumat verib.
Paşinyan bildirib ki, həmin gün (9 noyabr 2020-ci il) dedim ki, bu dəqiqə heç kimin fikri məni maraqlandırmır, məsuliyyəti öz üzərimə götürürəm və bu kağızı imzalayacağam.
“Elə vaxtlar olur ki, sən sadəcə məsuliyyəti öz üzərinə götürməlisən”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, üçətərfli bəyanat 9 noyabr 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanıb.
Daşqın HəsənovMissiya.Az