AZ

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini "böyük faciə" adlandırdı

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini "böyük problem və faciə" adlandırıb.

Paşinyan parlamentdəki çıxışında deyib: "Son illərdə Müstəqillik Bəyannaməsini on dəfələrlə oxumuşam və belə bir dəhşətli nəticəyə gəlmişəm ki, bu Bəyannamənin mahiyyəti Ermənistan Respublikasının mövcud ola bilməyəcəyi deməkdir. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi məsələ real Ermənistanın nə olduğu və kimin onun vətəndaşı olmasıdır. Real Ermənistan vətəndaşı ondan kənarda özünə vətən və yurd axtarmayandır".

Hürr Tərcüman

Seçilən
10
hurriyyet.az

1Mənbələr