AZ

Azərbaycanda KASKO sığortası bazarı 18% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-sentyabr aylarında 44 milyon 636 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 818 min manat və ya 18% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 1 milyon 609 min manat və ya 11,5% artaraq 15 milyon 615 min manata çatıb. Ötən ilin yanvar-sentyabr aylarında bu növ üzrə yığımların məbləği 37 milyon 818 min manat, ödənişlərin məbləği isə 14 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
13
banco.az

1Mənbələr