AZ

Yaxın iki ayda min əfqan məhbus İrandan öz ölkəsinə qaytarılacaq

İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini və məhkumlarım təhvil verilməsi komitəsinin sədri Əsgər Cəlalian yaxın iki ay ərzində min əfqan məhbusun öz ölkələrinə qaytarılacağını açıqlayıb. Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, həmin məhbusların əksəriyyəti narkotik qaçaqmalçılığı ilə bağlı cinayətlərə görə məhkum ediliblər. Cəlalian, Əfqanıstanda həbsdəki iranlıların sayının 10-dan az olduğunu və razılaşma əsasında onları İrana köçürməyə çalışdıqlarını da deyib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr