AZ

La Liqada hamını qabaqladı

İspaniya La Liqasında 2023/24 mövsümünün ən yaxşısı – “Alfredo Di Stefano mükafatı”nın sahibi müəyyənləşib.

Bu nominasiyada “Real”ın yarımmüdafiəçisi Cud Bellingem qalib gəlib. O, “Marca” qəzetinin keçirdiyi sorğunun qalibi olub. Cud son mövsümdə La Liqada meydana çıxdığı 28 matçda 19 qol vurmuş və 6 məhsuldar ötürmə etmişdi.

Qeyd edək ki, “Alfredo Di Stefano mükafatı”nı rekord sayda qazanab futbolçu Lionel Messidi. Argentinalı hücumçu 7 dəfə mükafata sahib çıxıb.

Seçilən
7
football-plus.az

1Mənbələr