32 yaşlı yarımmüdafiəçini İsmayıl İbrahimli əvəz edəcək. Bəs Mahmudov nə vaxt meydana qayıdacaq?
Son durumunu öyrənmək üçün Eminlə əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:
“Zədə aldım. Təxminən 7-10 gündən sonra məşqlərə başlaya biləcəm. Məşq zamanı əzələmdə dartma oldu. Hazırda qayıdıram “Neftçi”yə. Orda bərpa keçəcəm”.
Qeyd edək ki, yığmamız Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç millisi ilə qarşılaşacaq.
RÖYANƏ OĞUZ