AZ

COP29: Rəqəmsal Orta Dəhliz və Dayanıqlı Nəqliyyat müzakirə ediləcək

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Fins.az xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), həmçinin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).

Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son nailiyyətlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.

Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nazirləri, qurum rəhbərləri iştirak edəcəklər.

Dəyirmi masada yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri müzakirə olunacaq. Həmçinin innovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu, dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu barədə fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.

 

Zemfira Ms
Fins.az

                 

 

Seçilən
22
fins.az

1Mənbələr