COP29 sədrliyi və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində "Ədalətli keçid üçün investisiyaların artırılması" mövzusunda yüksək səviyyəli dialoq keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Hollandiyanın maliyyə nazirinin müavini Casper Vesselinq, UNFCCC-nin icraçı katibi Saymon Stil iştirak edib. ABŞ maliyyə naziri Canet Yellen isə tədbirə video konfrans şəklində qatılıb.
Müzakirələr zamanı iqlim məqsədlərinə nail olmaq üçün dövlət maliyyəsini ayırmaq və özəl maliyyəni səfərbər etmək üçün əsas problemlərə toxunulub.
Dialoq zamanı, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) maliyyənin səfərbər edilməsi üçün uğurlu koordinasiya mexanizmləri və maliyyə nazirliyinin əlaqələndirmədə xüsusi rolu, tərəfdaş institutlar, maliyyələşdirmə tərəfdaşları və özəl sektorun NDC-lər üçün maliyyənin səfərbər edilməsində ölkələrə ən yaxşı şəkildə necə dəstək ola biləcəyi barədə məsələlər müzakirə olunub.