AZ

İlin ən yaxşı məşqçisi adına 9 namizəddən 5-i ispaniyalıdır

"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı məşqçisi adı uğrunda mübarizə aparacaq namizədləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıda 9 mütəxəssisin adı var.

Məşqçilərdən 5-i İspaniyanı təmsil edir:

Xabi Alonso ("Bayer Leverkuzen"), Karlo Ançelotti ("Real Madrid"), Mikel Arteta ("Arsenal"), Luis Enrike (PSJ), Luis de la Fuente (İspaniya millisi), Can Pyero Qasperini ("Atalanta"), Xosep Qvardiola ("Mançester Siti"), Simone İnzagi ("İnter"), Lionel Skaloni (Argentina millisi).

Artıq "Globe Soccer Awards"ın rəsmi saytında səsvermə start götürüb. Səsvermənin nəticələrinə əsasən finalçılar müəyyənləşəcək. Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda baş tutacaq.

Qeyd edək ki, ötən il bu mükafat Qvardiolaya təqdim edilmişdi.

Nihat

Seçilən
10
4
fanat.az

7Mənbələr